Qəza anında pilotlar nə danışıb? | Türkiyə təyyarəsinin qara qutuları ilə bağlı vacib məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda qəzaya uğrayan Türkiyənin “C-130” tipli hərbi təyyarəsinin “qara qutu”larının araşdırılması noyabrın 23-dək başa çatacaq.
“Hürriyet”in yaydığı məlumatda bildirilir ki, iki “qara qutu”dan birində pilotların öz aralarında və dispetçer ilə apardıqları danışıqlar, həmçinin qəza anına aid səs yazıları yer alır. İkinci “qara qutu”da təyyarənin sistemlərinə dair qeyd mexanizmləri araşdırılır. Qəzanın səbəbinin tam aydınlaşdırılması üçün “qara qutu”ların qeydə aldığı 180 parametr üzrə təhlil aparılır.
Bundan başqa, Türkiyənin "Hürriyet" qəzetinin köşə yazarı Uğur Cebeci “C-130” yük təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni məlumatlar açıqlayıb.
Onun sözlərinə görə, Gürcüstan hava məkanında təxminən 7 333 metr hündürlüyə qalxan təyyarə düzxətli uçuşa keçib. Lakin həmin anda qəza baş verib.
İlk təhlillərə görə, 4 mühərrikli “C-130”un dördüncü mühərriki sıradan çıxıb. Bu zaman təyyarənin ani yüksəlişi başlayıb. Daha sonra ikinci mühərrikdə yağ təzyiqi problemi yaranıb və həddindən artıq sürət yığan hava gəmisində rezonans nəticəsində mühərrik gövdədən ayrılıb.
Mühərrikdən ayrılan hissələr elevatora çırpılaraq təyyarəni çevirib. Burun hissənin qəfil aşağı düşməsi nəticəsində təyyarənin quyruğu qopub.
İkinci mühərrikin pərləri təyyarənin qalan hissəsini iki yerə bölüb, pilot kabinəsini gövdədən ayırıb. Nəticədə, təyyarə kabinə, orta gövdə və quyruq olmaqla üç əsas hissəyə parçalanıb, qalıqlar geniş əraziyə yayılıb. Pilotlar ani baş verən hadisəni idarə edə, hətta həyəcan çağırışı verə bilməyiblər.
Qəzanın dəqiq səbəbi isə təyyarənin “qara qutu”su və digər elektron uçuş qeydləri araşdırıldıqdan sonra açıqlanacaq.
#Gürcüstan teqi istifadə olunub
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
