"Qəzza təhlükəsiz olana qədər dayanmayacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında radikal HƏMAS hərəkatı darmadağın edilmədən atəşkəsin elan olunması Fələstin anklavında “sonsuz müharibəyə” səbəb olacaq.
Netanyahu bu barədə hökumətin həftəlik iclasında bildirib və Baş nazirin sözlərini onun dəftərxanası yayıb.
“Bu gün HƏMAS-ın darmadağın olunmadan müharibənin dayandırılmasına çağıranlar təkcə HƏMAS-ın mövqeyini gücləndirmir və girovların azad edilməsini uzaqlaşdırmır, həm də 2023-cü il 7 oktyabr vəhşiliklərinin təkrar-təkrar baş verəcəyinə zəmanət verir”, – deyə Netanyahu bildirib.
“Biz yalnız HƏMAS-ın tərk-silah olunmasında israr etmirik, həm də İsrailin uzunmüddətli perspektivdə bölgənin demilitarizasiyasını təmin etməsi, silahlanma cəhdlərinə və hər hansı terrorçu qruplaşmanın yenidən təşkilatlanmasına qarşı daim fəaliyyət göstərməsində israr edirik. Girovların azad olunmasını sürətləndirmək və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün biz başladığımızı başa çatdırmalı və HƏMAS-ı darmadağın etməliyik”, – deyə Netanyahu fikrini yekunlaşdırıb və İsrailin “bu qərarı həyata keçirməkdə qətiyyətli” olduğunu bildirib.
Bu arada, İsrail tərəfi Qəzzaya humanitar yük daşıyan maşınların HƏMAS tərəfindən gizlədilməsi ilə bağlı video paylaşıb.
#Benyamin Netanyahu teqi istifadə olunub
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
