Qəzzada ac susuz həlak olan sakinlər | İsrail tankları dayanmadan irəliləyir
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail tankları Qəzza istiqamətində hərəkətə başlayıb.
“Reuters”də bununla bağlı görüntülər paylaşılıb.
Buna paralel olaraq Qəzzaya hava zərbələri endirilib.
Son məlumata görə, Qəzzadakı Nasser xəstəxanasına çox sayda yaralı gətirilib. Xan Yunisdə ölənlər də var.
“Biz düşərgənin qərb hissəsində idik. Orada evsizlər üçün yeməkxana var. Uşaqdan böyüyə kimi ailələr çadırlara sığınmışdılar. Qəfildən çadır raket hədəfinə çevrildi. Bu hücum bir ailənin sonu oldu. Oğlan, qız uşaqları və onların valideynləri, yaxın qohumlarım öldü”, – İsrailin hücumu zamanı həlak olan ailənin qohumu bildirib.
Zərərçəkənlərin sözlərinə görə, ölənlərin çoxu ac-susuz həlak olub.
Qeyd edək ki, Qəzzada aclıq problemi yaranıb. İnsanlar yemək növbəsinə düzülüblər. Valideynlər uşaqlarının acından ölmək təhlükəsi ilə üz-üzə qaldığını deyirlər.
İsrail tərəfi isə yardım məntəqələri yaradacağını söz verib. Sadəcə bunun üçün əvvəlcə İsrail Ordusu Qəzzaya nəzarəti ələ keçirməlidir. Məqsəd HƏMAS-ın həmin yardımlardan yararlana bilməməsi və ümumiyyətlə, bu hərəkatın süquta yetirilməsidir.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
