Qəzzada atəşkəs bitdi, vəziyyət gərginləşdi | İsraildən yeni əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail silahlı qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinə tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyatlara başlayıb.
Bu barədə yerli media məlumat verib. Bildirilib ki, SAXAL bununla həm HƏMAS-ı növbəti dəfə cəzalandırmaq, həm də girovların azad edilməsinə nail olmaq istəyir.
İsrailin Müdafiə Nazirliyi əməliyyatların görüntüsünü də paylaşıb. Bildirilib ki, orduya məxsus ağır artilleriya və tanklar artıq əraziyə daxil olub. Cəmi 6 saat davam edən döyüş İsrail hərbçilərinin Rəfahda bayraq qaldırması və sərhəd-keçid məntəqəsinin ələ keçirilməsi ilə yekunlaşıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, HƏMAS hərbi qruplaşması sözügedən ərazidən terrorçuluq məqsədləri üçün istifadə etməyə hazırlaşırdı və kəşfiyyat xarakterli məlumatlar toplayırdı.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
