Pleyeri seçin:

Qəzzada xəstəxanaya hücum beynəlxalq səviyyədə etirazlara səbəb oldu - Baku TV

15 noyabr 2026 45 baxış

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, Türkiyə və Pakistan da daxil olmaqla 18 İslam ölkəsinin xarici işlər nazirləri İsrailin Xan-Yunisdəki "Nasir" tibb kompleksinə endirdiyi aviazərbəni pisləyiblər.

Bu barədə onların birgə bəyanatında deyilir.

Məlumata görə, zərbə nəticəsində ən azı altı fələstinli, o cümlədən bir cərrah və bir uşaq həlak olub.

Birgə bəyanatda nazirlər bu addımı beynəlxalq humanitar hüququn pozulması adlandırıb, həmçinin İsrailin fələstinli qaçqın düşərgələrinə qarşı davam edən hücumlarını pisləyərək bu zərbələrin Qəzzada atəşkəs rejimini sarsıtdığı barədə xəbərdarlıq ediblər.

Nazirlər İsraili atəşkəs rejiminə riayət etməyə, humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə və barışıq razılaşması çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıblar. Onlar həmçinin Vaşinqtonu və Sülh Şurasını bu məsələnin həllində kömək göstərməyə çağırıblar.

Daha əvvəl Avropa İttifaqı İsraildən dağıdıcı daşqınlardan və zərbələrdən zərər çəkənlərə yardım etmək üçün humanitar təşkilatların Qəzzaya təcili girişini təmin etməyi, eləcə də Fələstin anklavına gedən bütün sərhəd-keçid məntəqələrini yenidən açmağı tələb edib.

Banner
Taqanroqdakı elektrik infrastrukturu və Qara dənizdəki gəmilər hədəfə alındı - Baku TV CANLI

Taqanroqdakı elektrik infrastrukturu və Qara dənizdəki gəmilər hədəfə alındı - Baku TV CANLI

Dünya
15 noyabr 2026 45 baxış
İrandan ABŞ-yə sərt xəbərdarlıq

İrandan ABŞ-yə sərt xəbərdarlıq

Dünya
15 noyabr 2026 45 baxış
Gəmilər hücuma məruz qaldı, Taqanroq vuruldu

Gəmilər hücuma məruz qaldı, Taqanroq vuruldu

Dünya
15 noyabr 2026 45 baxış
ABŞ-nin gömrük rüsumları Braziliyanın ticarət siyasətində dəyişikliklərə səbəb oldu - Baku TV CANLI

ABŞ-nin gömrük rüsumları Braziliyanın ticarət siyasətində dəyişikliklərə səbəb oldu - Baku TV CANLI

Dünya
15 noyabr 2026 45 baxış
Britaniya Arktikadakı hərbi imkanlarını gücləndirir? - Baku TV CANLI

Britaniya Arktikadakı hərbi imkanlarını gücləndirir? - Baku TV CANLI

Dünya
15 noyabr 2026 45 baxış
ABŞ Avropadan 5 min əsgər çıxarmağı planlaşdırır

ABŞ Avropadan 5 min əsgər çıxarmağı planlaşdırır

Dünya
15 noyabr 2026 45 baxış
Britaniyadan Rusiyaya sərt mesaj

Britaniyadan Rusiyaya sərt mesaj

Dünya
15 noyabr 2026 45 baxış
Tokionun nüvə planı regionda yeni gərginlik yarada bilər

Tokionun nüvə planı regionda yeni gərginlik yarada bilər

Dünya
15 noyabr 2026 45 baxış
Rusiya-Ukrayna müharibəsində diplomatik irəliləyiş ola bilərmi?

Rusiya-Ukrayna müharibəsində diplomatik irəliləyiş ola bilərmi?

Dünya
15 noyabr 2026 45 baxış
ABŞ İrana zərbələri dayandırır?

ABŞ İrana zərbələri dayandırır?

Dünya
15 noyabr 2026 45 baxış
Seçilmişlər
icon