Qırmızı dənizdə ABŞ gəmisi vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının yaraqlıları Ədən körfəzində üç gün ərzində ticarət gəmisinə üçüncü hücumunu həyata keçirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı rəsmi sosial media hesabında məlumat verib.
Bildirilib ki, husilər yanvarın 18-də Marşal adaları bayraqlı, ABŞ-yə məxsus olan “Chem Ranger” tankerinə gəmi əleyhinə iki ballistik raket atıblar. Komandaqlıqdan verilən məlumata görə, raket gəmidən yan keçib, dağıntı və tələfat yoxdur.
Husi hərəkatının sözçüsü Yəhya Sariye isə əksini deyir: “Yəmən Hərbi Dəniz Qüvvələri bir neçə raketdən istifadə edərək, Ədən körfəzində ABŞ-nin “Chem Ranger” gəmisinə əməliyyat həyata keçirib. Zərbə dəqiq və birbaşa alınıb. Yəmən Silahlı Qüvvələri bir daha xəbərdarlıq edir ki, ABŞ və Britaniyanın cinayətləri cavabsız qalmayacaq. Hər hansı yeni cinayətin qisası dərhal alınacaq”.
Xatırladaq ki, bundan əvvəl koalisiya qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərinə silsilə zərbələr endirib. Pentaqonun sözçüsü Patrik Rayder də baş verənlərə görə husiləri günahkar hesab edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
