Pleyeri seçin:
"Ağıl və məntiqlə hərəkət edin" | Ərdoğan müdafiə sənayesindəki çatışmazlıqları vurğuladı - Baku TV
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO ölkələrini müdafiə sənayesi sahəsində müttəfiqlər arasında mövcud məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Bunu Ərdoğan Ankarada keçirilən NATO liderlərinin sammitinin açılışında çıxışı zamanı bildirib.
"Müttəfiqlər arasında müdafiə sahəsində, xüsusilə də müdafiə sənayesində əməkdaşlığa qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır", – o qeyd edib.
O, Ankaranın yalnız Avropa İttifaqı üzvləri üçün nəzərdə tutulan bəzi müdafiə təşəbbüslərinə qoşulmasına imkan yaradılmasının vacibliyini vurğulayıb:
"Sağlam düşüncə və məntiqə əsaslanan əməkdaşlıq modelinin mümkün olduğu bir vaxtda Avropa İttifaqına üzv olmayan müttəfiqlərin kənarda saxlanılması Avropada süni parçalanmalara gətirib çıxaracaq".
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM
- Türkiyə və Pakistan Ər-Riyadın əsas tərəfdaşına çevrilir? - Baku TV
- Türkiyə gələn il Aya göndərəcəyi ilk kosmik aparatla elmi tədqiqatlar aparacaq
- Husilərdən Türkiyə və Pakistana xəbərdarlıq
- Ankara-Vaşinqton xəttində yeni dövr | ABŞ Türkiyəni əsas tərəfdaşa çevirir? - Baku TV
