"Artıq qaz yoxdur!" - Neft və qaz kəskin bahalaşacaq? - "Hamı üçün cəhənnəm yaranacaq!" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftin qiymətlərinin nəzarətsiz şəkildə artmasına icazə verilməyəcək".
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O bildirib ki, İrandakı gərginlik səbəbindən yanacağın qiymətlərinin nəzarətsiz şəkildə artmasına icazə verə bilməz, ona görə də vəziyyətlə bağlı tədbirlər görüləcək:
"Yanaşmam ondan ibarətdir ki, qarşıdakı bir ay ərzində subsidiya mexanizmləri müəyyən edək, çünki qiymətlərin nəzarətsiz şəkildə artmasına imkan verə bilmərik. Qazın qiymətləri qalxıb, artıq qaz yoxdur, Qətər kranı bağlayıb".
Serbiya Prezidentinin sözlərinə görə, mövcud gərginlik neft və qazın qiymətlərinə ciddi təsir göstərə bilər.
O əlavə edib ki, məsələni maliyyə və energetika nazirləri ilə müzakirə edəcək:
"Biz olduqca mürəkkəb mərhələyə daxil oluruq. Bu, davam edərsə, Avropada hamı üçün sözün əsl mənasında cəhənnəm yaranacaq. Hörmüz boğazı açılmasa, neftin qiymətləri hamımızı məhv edəcək".
Vuçiç sonda vurğulayıb ki, xoşbəxtlikdən Serbiyanın böyük yanacaq ehtiyatları var.
#Serbiya teqi istifadə olunub
- Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır
- SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV
- Seçki siyahısında bir saatdan az vaxtda onminlərlə imza toplanıb
- İstanbulda danışıqlar başa çatdı | SOCAR Belqradda hansı layihədə iştirak edəcək? - Baku TV
- Srebrenitsa qətliamının əsas fiquru 84 yaşında vəfat edib
