"Əgər Putin dayanmasa..." | Vaşinqton danışıqlarından sonra nələr baş verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın sabiq prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri Petro Poroşenko Ali Radanın avqustun 19-da keçirilən iclasında Ağ Ev görüşünü “azadlıq və demokratiya uğrunda mübarizənin əsas mərhələsi” adlandırıb.
Onun sözlərinə görə, avqustun 18-də keçirilən sammitdə Avropa, NATO və Ukraynanın birliyi qələbə qazanıb:
“Dünya başa düşməlidir: ərazi güzəştləri tabudur. Putinin Ukraynanın taleyinə veto qoymaq hüququ olmayacaq. Ona təkcə Donbas yox, bütün Ukrayna lazımdır”.
Poroşenko Ukraynanın əsas vəzifəsinin “ordu, dil və inamı qorumaq” olduğunu vurğulayıb.
O, Putin dayanmasa, “B planı”na – daha çox silah, maliyyə yardımı, sanksiyalar və NATO-Aİ-yə inteqrasiyanın sürətləndirilməsinə ehtiyac olduğunu bildirib.
Deputat həmçinin Prezident Zelenskinin parlamentə dəvət olunmasını zəruri hesab edib: “Vaşinqton danışıqlarında nələrin baş verdiyini bilməliyik”.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
- Peskov Əbu-Dabidəki görüşlə bağlı detalları açıqlayıb
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
