"Hörümçək toru"na cavab belə olacaq | Putin əmri verdi, ordu hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bütün Ukraynada hava həyəcanı elan edilib.
Buna səbəb Rusiyadan “MİQ-31K” qırıcılarının havaya qalxmasıdır. Çünki bu təyyarə “Kinjal” raketləri daşıya bilir. İnsanlara təhlükəsiz yerlərdə qalmaları tövsiyə edilib.
Bu arada Rusiya Ordusu Sumı şəhərinin mərkəzini atəşə tutub. Ölən və yaralananlar var. Avtomobillər hədəf seçilib, iki minik maşınının tamamilə yandığı bildirilir. Hücumun detalları və hansı silahdan istifadə edildiyi araşdırılır.
“The New York Times” isə ABŞ-nin rəsmilərinə istinadən məlumat yayıb ki, Rusiya “Hörümçək toru” əməliyyatına cavab hücumu hazırlayır.
“Amerika kəşfiyyatı Rusiyanın necə zərbə endirəcəyi ilə bağlı dəqiq məlumata sahib olmasa da, PUA hücumlarının həyata keçiriləcəyi dəqiqdir. Moskva mülki obyektləri hədəf ala bilər. Enerji infrastrukturunun da hücumlara məruz qalacağı istisna edilmir”, – deyə məlumatda bildirilib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
