"İkinci Əsəd" istəmirik | Hakan Fidandan İran və Suriya ilə bağlı vacib mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al-Arabiya” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək.
“Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”, – deyə Hakan Fidan bildirib.
Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hökumətləri arasında vasitəçi rolunu oynamağa hazırdır.
Bundan əlavə, o vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə addımları koordinasiya edir.
Bu arada, Suriyanın keçmiş lideri Bəşər Əsəd Ankaranın görüş təşkil etmək üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib. Hakan Fidan bildirib ki, Ankara dəfələrlə Əsəddən üçüncü tərəflərin, o cümlədən İraqın vasitəçi qismində iştirakı ilə danışıqlar aparmağı xahiş edib.
O əlavə edib ki, Türkiyə rəsmilərinin Suriyaya getmək cəhdləri olub, bununla bağlı şəxsən Dəməşqə müraciət ünvanlanıb, lakin Əsəd bütün təklifləri rədd edib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
