"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran tərəfindən gələn birbaşa nüvə təhdidinin aradan qaldırılması Vaşinqton və Təl-Əvivin hərbi əməliyyatının mühüm nailiyyətidir, lakin mübarizə hələ başa çatmayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə mətbuat konfransında deyib.
"Biz İsrail tarixində ən böyük hücum əməliyyatını həyata keçirdik. Nüvə alimlərinə zərbələr endirdik, liderlərini aradan götürdük. Nüvə obyektlərini dağıtdıq, raketləri və onların istehsalı üzrə zavodların böyük əksəriyyətini məhv etdik. İran iqtisadiyyatına nəhəng ziyan vurduq – bəziləri bunu yüz milyardlarla dollar, bəziləri isə hətta bir trilyon dollar dəyərində qiymətləndirir", – deyə o bildirib.
"Razılaşma ilə və ya razılaşma olmadan İranın nə bu gün, nə də sabah nüvə silahı olmayacaq. Nə qədər ki mən İsrailin baş naziriyəm, bu baş verməyəcək", – deyə Netanyahu vurğulayıb.
O, İran tərəfindən gələn nüvə təhdidinin birbaşa təhlükə yaratdığı və İsrailin ABŞ ilə birlikdə bunu aradan qaldıra bildiyi barədə iddiasını təkrarlayıb:
"Biz İsrail əhalisinin məhv edilməsi təhlükəsini uzun illər üçün aradan qaldırdıq. Biz bunu bacardıq. İsraili məhv olmaqdan xilas etdik".
Bununla belə, o əlavə edib ki, mübarizə hələ başa çatmayıb: "Biz ayıq-sayıq olmağa davam etməli, gücümüzü, qətiyyətimizi qorumalı və nə qədər lazımdırsa, özümüzü müdafiə etməliyik. Bu yalnız İrana aid deyil".
#Benyamin Netanyahu teqi istifadə olunub
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
- İsraildə seçkilərdə Netanyahu öndədir, amma koalisiyanın gələcəyi qeyri-müəyyəndir
- İsrail seçkilərində ən çox mandat Netanyahunun partiyasına çatdı | Hökuməti kim quracaq? - Baku TV
- İsraildə yeni hökumətin taleyini ərəb partiyaları həll edə bilər
- Donald Tramp İsraildəki seçkilərlə bağlı dəstəyinin böyük əhəmiyyət kəsb etdiyini bildirib
