"İşğal planı hazırdır!" - İsrail və "Hizbullah" geniş müharibəyə başlayır?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail hərbi komandanlığı Livanın şimalında bufer zona yaratmaq məqsədilə müəyyən ərazilərin ələ keçirilməsini nəzərdə tutan quru əməliyyatı hazırlayır.
Bu barədə Britaniyanın “Ekonomist” jurnalı yerli mənbəyə istinadən məlumat yayıb.
“İşğal planları hazırdır. Lakin bu planları həyata keçirmək üçün hələ də burada kifayət qədər qoşunumuz yoxdur”, – mənbə bildirib.
Nəşr xatırladıb ki, bundan əvvəl İsrail müdafiə qüvvələri Qəzza zolağından Livanla sərhədə iki diviziya köçürüb:
“Livanda rabitə cihazlarının partlamasından sonra Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, İsraillə “Hizbullah” arasında geniş müharibədən söhbət getmir. “Hizbullah” genişmiqyaslı hərbi əməliyyatlara keçərsə, İsrailin mərkəzindəki hədəfləri məhv etmək üçün daha uzaqmənzilli raketlərdən istifadə etməyə və yəhudi dövlətinin ərazisinə reydlər keçirməyə başlayacaq. Hadisələr belə inkişaf etsə, İsrail də öz növbəsində “Hizbullah”ın raket anbarlarının və buraxılış məntəqələrinin bombalanmasını gücləndirəcək, həmçinin Livanın özündə hərəkatdan narazılıq yaratmaq ümidi ilə mülki infrastruktura hücumlara əl atacaq”.
Nəşrin iddiasına görə, İsrailin hərbi-siyasi rəhbərliyində Livan ətrafındakı vəziyyətlə bağlı yekdil fikir yoxdur.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
