"Jan-Mişel", yoxsa "Bricit Makron"? | Makron həyat yoldaşı ilə bağlı yayılan iddiaları rədd edib
Fransa Prezidenti Emmanuel Makron son vaxtlar sosial şəbəkələrdə və mediada həyat yoldaşı Bricit Makronun gender kimliyi ilə bağlı geniş yayılan şayiələri rəsmi şəkildə təkzib edib. Baku TV-nin "Dünya" bölməsinin süjetində bildirilir ki, Fransa lideri bu iddiaları "yalan məlumat və uydurulmuş ssenarilər" adlandırıb. Videoda Fransanın birinci xanımının guya "Jan-Mişel Tronye" adlı kişi olaraq doğulması barədə konspiroloji nəzəriyyələrin mənşəyi və bu şayiələrin yayılma səbəbləri müzakirə olunur. Makron şəxsi həyata qarşı bu cür hücumların gender zorakılığının bir forması olduğunu vurğulayaraq qəzəbini ifadə edib. Həmçinin, Makron ailəsinin bu dezinformasiyanı yayanlara qarşı atdığı hüquqi addımlar və məhkəmə prosesləri barədə məlumat verilir.
#Fransa teqi istifadə olunub
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
