"Sərt yolla da olsa, buna nail olacağıq" | Trampdan İrana sərt xəbərdarlıq - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə sülh, yoxsa "qiyamət ssenarisi"? ABŞ Prezidenti Donald Tramp İrana qarşı indiyədək görünməmiş sərtlikdə xəbərdarlıq edərək, sülh razılaşmasının mütləq baş tutacağını bəyan edib: "Ya yaxşı, ya da sərt yolla — buna nail olacağıq". "Baku TV"nin "Dünya" xidmətinin təhlilinə görə, Ağ Ev rəhbəri Tehranın atəşkəs şərtlərini və dəniz blokadasını pozacağı təqdirdə, ölkənin enerji infrastrukturuna, o cümlədən bütün elektrik stansiyalarına və strateji körpülərinə dağıdıcı zərbələr endiriləcəyi ilə hədələyib. Videoda Trampın Las-Veqas çıxışı, Hörmüz boğazındakı 48 saatlıq ultimatiumun detalları və Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqların taleyi yer alır. Regionu daş dövrünə qaytara biləcək "Epic Fury" əməliyyatının yeni mərhələsi və Trampın İranla bağlı yekun planı Baku TV-nin xüsusi reportajında.
#Donald Tramp teqi istifadə olunub
- ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb
- Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV
- Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"
- Trampdan Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı müsbət mesaj - Baku TV CANLI
- ABŞ İranla hansı razılaşmanı istəyir? | Tramp Çin səfərindən nələr qazandı? - Baku TV
