Pleyeri seçin:

"The New York Times"dan Ermənistan açıqlaması

19 aprel 2023 456 baxış

ABŞ və Avropa İttifaqı Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməkdə kömək etməsindən və bu ölkəyə təkrar ixrac yolu ilə qadağan olunmuş məhsulları tədarük etməsindən narahatdır. Bu barədə "The New York Times" nəşrinin məqaləsində deyilir.

Məlumata görə, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədlərindən birində qeyd olunub ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dən 515 faiz, Avropa İttifaqı ölkələrindən isə 212 faiz daha çox çip və prosessor idxal edib və onların da 97 faizini Rusiyaya ixrac edib. Ukrayna müharibəsinin davam etdiyi bir zamanda ABŞ və müttəfiqləri Rusiyaya birbaşa olaraq çip satmır.

Məqaləyə görə, ABŞ rəsmiləri bəyan edirlər ki, Rusiya yüksək dəqiqliyə malik silahlar üçün komponentlərin böyük hissəsini artıq istifadə edib və onları keyfiyyətsiz və ya saxta komponentlərlə əvəz etmək məcburiyyətindədir ki, bu da silahların dəqiqliyini azaldır. “Lakin ticarət statistikası göstərir ki, digər ölkələr Rusiyanı ehtiyac duyduqları ilə təmin etmək üçün işə qarışıblar”, – deyə məqalədə qeyd edilib.

Rusiyanın məhdudiyyətlərdən yayınmaq cəhdlərinin qarşısını almaq üçün ABŞ və tərəfdaşları Rusiya, İran, Çin, Kanada və digər ölkələrdə onlarla şirkət və təşkilata qarşı sanksiyalar tətbiq edərək öz qaydalarını daim sərtləşdiriblər. Ancaq məqalədə də qeyd edildiyi kimi, proses hələ də müvəffəqiyyətlə davam edir.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 456 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 456 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 456 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 456 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 456 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 456 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 456 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 456 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 456 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 456 baxış
Seçilmişlər
icon