"Tiktok" platforması ABŞ-də yenidən fəaliyyət göstərəcək | Biz Prezident Trampa təşəkkür edirik
Yeniliklərdən dərhal xəbərdar olun
“TikTok” rəhbərliyi ABŞ-də platformanın fəaliyyətini bərpa edir. Platforma ölkədə qadağan edilsə belə tərəfdaş şirkətlər xidmətin fəaliyyətini dəstəklədiklərinə görə məsuliyyət daşımayacaqlar.
Bu barədə platformanın mətbuat xidməti “X”də məlumat yayıb.
“Biz Prezident Trampa 170 milyondan çox amerikalının “TikTok”a çıxışını təmin edən və 7 milyondan çox kiçik müəssisənin inkişafına imkan verən provayderlərimiz üçün lazımi aydınlıq və zəmanətlər verdiyinə görə təşəkkür edirik”, – deyə bəyanatda deyilib.
Xidmət nümayəndələri əlavə ediblər ki, “TikTok”u ABŞ-də saxlayacaq uzunmüddətli həll yolu üçün Prezident Trampla işləyəcəklər.
Qeyd edək ki, yanvarın 19-na keçən gecə xidmət ABŞ-də tamamilə dayandırılıb, “TikTok” “Apple”ın tətbiqlər mağazasından yoxa çıxıb. Bazar günü səhər Tramp bəyan edib ki, andiçmə mərasimi günü, yanvarın 20-də “TikTok”un ölkədə qadağan edilməsinin ertələnməsi haqqında fərman imzalayacaq.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
