Pleyeri seçin:

"Tramp geri çəkilir!" | Rusiya müharibənin taleyini həll edəcək hücuma keçəcək?

27 may 2025 399 baxış

ABŞ Prezidenti Donald Tramp mayın 25-də Rusiyanın Ukrayna şəhərlərinə dağıdıcı hücumundan sonra rusiyalı həmkarı Vladimir Putinin “tamamilə dəli olduğunu” bəyan edərək Kreml sahibinə yönəlik nadir və kəskin tənqidi ilə ictimaiyyəti təəccübləndirib.

“The New York Times” xəbər verir ki, Tramp sərt sözlərinə baxmayaraq, Kremlə qarşı yeni sanksiyaları dəstəkləmək və ya Ukraynaya əlavə yardım göstərmək istəmir.

Donald Tramp dünən jurnalistlərə açıqlamasında Putinlə bağlı nə baş verdiyini bilmədiyini söyləsə də, bir neçə saat sonra “Truth Social”da yazıb: “O, tamamilə dəli olub”.

Bəyanat ötən həftəsonu Rusiya Ukrayna şəhərlərinə irimiqyaslı bombardman həyata keçirdikdən, yaşayış məntəqələrini, universitet yataqxanalarını və digər mülki hədəfləri vurduqdan sonra verilib. Amma Tramp yeni zorakılıq dalğasını Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və Ukraynaya hərbi yardımı artıracağı ilə əlaqələndirməyib.

Sözlərlə hərəkətlər arasındakı bu ziddiyyət analitiklərin tənqid obyektinə çevrilib.

Analitik Yan Bremmer nəşrə deyib: “Rusiya atəşkəsdən imtina etdi, amma Tramp getdikcə geri çəkilir. Ukraynaya dəstək amerikalılar üçün əhəmiyyətini itirməkdə davam edir”.

Onun proqnozlarına görə, bu, Rusiyadan yeni təcavüz dalğasına səbəb ola bilər. Ötən gün Tramp həmçinin Putinlə sülh danışıqlarına doğru bir addım kimi “möhtəşəm telefon danışığı” apardığını bildirib. Amma sonradan məsuliyyəti yenidən Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə atıb və deyib ki, Kiyev və Moskva oturub razılığa gəlməlidir.

Həmçinin ABŞ Prezidenti Avropa ölkələrinin liderlərinə Putinə sərt təzyiq göstərmək fikrində olmadığını açıq şəkildə deyib.

Danışıqlarla tanış olan Qərb rəsmilərindən biri söyləyib: “Tramp mahiyyətcə geri çəkildiyini bəyan edib”.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 399 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 399 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 399 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 399 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 399 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 399 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 399 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 399 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 399 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 399 baxış
Seçilmişlər
icon