Pleyeri seçin:

"Vaqner" rəhbərinin həbsxanada başlayan fəaliyyəti

24 avqust 2023 71 baxış

Avqustun 23-də Rusiyanın Tver vilayətində təyyarə qəzasında ölən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin 1961-cı ildə Sankt-Peterburqda doğulub.

Atasını erkən yaşlarında itirən Y.Priqojinin anası həkim, ögey atası isə xizək tədqiqatçısı olub. 18 yaşında Y.Priqojin oğurluğa görə iki il, 20 yaşında isə xuliqanlıq maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Gələcəyin məşhur iş adamı ilk sahibkarlıq fəaliyyətinə məhz həbsxanada olarkən başlayır. O, suvenirlər hazırlaya bilən məhbusla birlikdə şirkət qurur və vaxtından əvvəl, 1990-cı ildə azad edilir. Həmin illərdə Leninqrad Kimya və Əczaçılıq İnstitutunun əczaçı ixtisasına daxil olsa da, təhsilini başa vura bilmir.

Sonrakı illərdə bir neçə restoranın sahibi olmağa başlayan iş adamının əsl uğuru “New Island” adlı suda restoran açması olur. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin orada Fransanın rəhbəri Jak Şirakla, bir ildən sonra isə ABŞ Prezidenti Corc Buşla nahar edib. V.Putin hətta 2003-cü ildə doğum gününü orada qeyd edib.

2014-cü ildə isə Y.Priqojin Donbasa getdiyini və rusları qoruyacaq bir qrup yaratmaq üçün pul xərcləməyə çalışdığını açıqlayır. Söhbət “Vaqner” özəl hərbi şirkətindən gedir. Bu ilin iyunun 23-də Y.Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti ona qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Daha sonra isə Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Vaqner”çilərin qiyamını dayandırmaq təklifini qəbul edib. Onun qiyamdan sonrakı ilk görüntüləri 3 gün öncə Afrikada çəkilmişdi.

Qeyd edək ki, Y.Priqojin evli olub, iki övladı var. 

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 71 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 71 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 71 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 71 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 71 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 71 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 71 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 71 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 71 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 71 baxış
Seçilmişlər
icon