"Zurabişvili aksiya ərazisindən qaçdı" | Kobaxidzedən sərt açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 4-də prezident iqamətgahına daxil olmaq cəhdi ilə bağlı hadisələrə sərt reaksiya verib. Baş nazir, hüquq-mühafizə orqanlarının əraziyə girməyə çalışanları saxlamaq üçün xüsusi əməliyyat keçirdiyini bildirib. O qeyd edib ki, sabiq dövlət başçısı Salome Zurabişvili mitinq zamanı iqamətgaha girməyə hazır olsa da, iğtişaşlar zamanı "aksiya ərazisindən qaçdı". Kobaxidze, Zurabişvili və Tina Bokuçava kimi şəxsləri eyni qəlibdən düzəldilmiş "xarici agentlər" adlandırıb. Baş nazir həmçinin vurğulayıb ki, Gürcüstan cəmiyyəti artıq xarici diplomatik nümayəndələrin (ABŞ, Aİ) bəyanatlarına kor-koranə inanmaq mərhələsini keçib və artıq ictimai şüur dəyişib, cəmiyyət həqiqəti özü təhlil edir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
