Radikal hərəkat silahlısı İsrailə hücum əməliyyatından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 7-də Qəzza zolağından İsrailə hücum zamanı ələ keçirilən hər girov üçün radikal HƏMAS hərəkatının silahlılarına 10 min dollar pul mükafatı və mənzil vəd edilib.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Qeyd olunub ki, İsrailin Baş Təhlükəsizlik Xidməti və polis hücumda iştirak edən altı HƏMAS üzvünü dindirib. Nəticədə dindirilmənin ayrı-ayrı fraqmentlərinin yer aldığı videoyazı dərc edilib.
Nəşrin məlumatına görə, silahlılardan biri Qəzzaya girov gətirənlərə 10 min dollar və mənzil vəd edildiyini bildirib.
“The Jerusalem Post” HƏMAS radikallarının müxtəlif təcrübələrə malik olduğunu qeyd edib. Qəzetin yazdığına görə, İsrail hərbçiləri bütün terrorçulara mülki şəxsləri, o cümlədən qocaları, qadınları, uşaqları öldürmək və qaçırmaq üçün aydın göstərişlər verildiyini aşkar edib.
Materialda deyilir ki, təlimata əsasən, onlar şəhərləri tutmalı, yerli sakinləri öldürməli və ya qaçırmalı, sonra isə öz mövqelərini tutmalı idilər. Nəşrin məlumatına görə, silahlılar dinc sakinləri sığınacaqlarını tərk etməyə məcbur etmək üçün tüstüdən istifadə etdiklərini, ev heyvanlarını güllələdiklərini, insanlardan canlı qalxan kimi istifadə etdiklərini bildirib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
