Əraqçidən danışıqlarla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçi televiziya müsahibəsində İran və ABŞ arasında aparılan danışıqların son vəziyyəti və mümkün razılaşmanın detalları barədə danışıb.
Əraqçi bildirib ki, bu danışıqlarda iki mərhələ nəzərdə tutulub: əvvəlcə anlaşma memorandumu, daha sonra isə yekun saziş.
Onun sözlərinə görə, nüvə məsələsi yekun razılaşmaya saxlanılıb. Nazir əlavə edib ki, anlaşma memorandumunda bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin başa çatdığı elan ediləcək.
Əraqçinin sözlərinə görə, sənəddə dəniz blokadasının aradan qaldırılması, növbəti danışıqlar raundunun mövzuları, sanksiyaların ləğvi, eləcə də yenidənqurma və iqtisadi inkişaf məsələləri yer alır.
Diplomat vurğulayıb ki, qarşı tərəf bundan sonra müharibəyə başlayan tərəf olmayacağını, hədələmə və gücdən istifadə etməyəcəyini öhdəsinə götürəcək, tərəflər bir-birinin suverenliyinə hörmət edəcək və daxili işlərinə qarışmayacaq.
“Açıq şəkildə deyirəm ki, bu razılaşmanın düşmənləri var və onların başında İsrail dayanır”, – deyə Əraqçi əlavə edib.
Nazir bildirib ki, anlaşma memorandumundan sonra 60 günlük danışıqlar başlayacaq. O, Hörmüz boğazı barədə də deyib ki, bu boğaz İran və Omanın suverenliyi altındadır və İranın qəti qərarına əsasən, Hörmüz boğazının gələcəyi və idarə olunması əvvəlki kimi olmayacaq.
Xarici siyasətin rəhbəri onu da vurğulayıb ki, əgər anlaşma mətni icra olunmasa, heç bir danışıq başlamayacaq və ikinci mərhələyə keçilməyəcək.
#Abbas Əraqçi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Əraqçi Hörmüz boğazının açılmasını İranın şərtlərinin qəbul edilməsi ilə əlaqələndirib
