Pleyeri seçin:

Regionu bir-birinə qatacaq plan | Sui-qəsd cəhdi, yoxsa...?

19 may 2025 675 baxış

ABŞ Suriya lideri Əhməd əl-Şaraanı fiziki olaraq aradan qaldırmaq imkanını nəzərdən keçirsə də, bundan imtina edib.

ABŞ Prezidenti Donald Tramp və Suriya lideri Əhməd əl-Şaraa arasında baş tutacaq son görüşdən əvvəl İordaniya Kralı II Abdullah ABŞ Administrasiyasını Suriyanın yeni başçısının aradan qaldırılması ideyasından əl çəkməyə çağırıb. Bunu Senatda dinləmələr zamanı demokrat senator Cin Şahin deyib.

C.Şahinin sözlərinə görə, Kral Abdullah D.Tramp Administrasiyası daxilində Əhməd əl-Şaraanın fiziki olaraq yox edilməsi ehtimalını potensial bir ssenari kimi gündəmə gətirən müzakirələrdən ciddi narahatlığını ifadə edib və belə bir hərəkətin regionda geniş yayılmış sabitliyin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Senator Şahin Vaşinqtonda İordaniya lideri ilə görüşünə işarə edərək deyib:

"Kral Abdullah bizə dedi ki, rəhbərlikdə belə bir dəyişiklik Suriyada genişmiqyaslı vətəndaş müharibəsinə səbəb ola bilər. Bu, ölkəni irəli aparmaq üçün istənilən fürsəti təhlükə altına qoya bilər".

Bundan dərhal sonra Prezident D.Tramp ABŞ-nin Suriyaya qarşı 1979-cu ildən tətbiq etdiyi sanksiyaları ləğv edib və Ər-Riyadda Əhməd əl-Şaraa ilə görüşüb, bu hətta öz Administrasiyasının bəzi yüksək səviyyəli üzvlərini də təəccübləndirib. Qərar Vaşinqtonda bir çox fərziyyələrə səbəb olub.

“Middle East Eye”ın xəbər verdiyi kimi, Dövlət Departamentinin diplomatları D.Trampın çıxışından bir neçə gün əvvəl sanksiyaların qüvvədə qalacağına əmin olublar.

Mənbələrin bildirdiyinə görə, Milli Təhlükəsizlik Şurasının bəzi əməkdaşları Suriya tərəfdən konkret öhdəliklər götürmək ümidi ilə məhdudiyyətlərin aradan qaldırılmasını təxirə salmağa çalışıblar. Daxili fikir ayrılıqlarına baxmayaraq, hökumətin yüksəkvəzifəlisi Ceyms Reybern Senatda dinləmələr zamanı D.Trampın təşəbbüsünü dəstəklədiyini bildirib.

"Prezident bizə yeni səhifə açmağa imkan verən cəsarətli addım atır. Onun aydın gözləntiləri var", ‒ o deyib.

Bu arada senator Kris Merfi Ağ Ev rəhbərinin qərarına Administrasiya daxilində müqavimətin olduğunu qeyd edib və ayrı-ayrı məmurların təşəbbüsü pozmaq cəhdləri barədə xəbərdarlıq edib.

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 675 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 675 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 675 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 675 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 675 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 675 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 675 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 675 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 675 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 675 baxış
Seçilmişlər
icon