Rusiya ABŞ ilə müharibəyə hazırlaşır? - Moskvanın əsas şərti odur ki...
Yeniliklərdən dərhal xəbərdar olun
“Moskva ilə Kiyev arasında sülh danışıqları əvvəldən pozulub. 2014-cü ildə çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalardı”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
“Ukrayna və onun sponsorları Donbasın bir hissəsini güc yolu ilə ələ keçirmək üçün B planını işə saldıqda biz xüsusi hərbi əməliyyata başladıq. Xüsusi əməliyyat başlayandan sonra 2022-ci ilin fevralından may ayına qədər Moskva və Kiyev arasında Belarusda, Türkiyədə, həmçinin videokonfranslar vasitəsilə sülh danışıqlarının bir neçə görüşü keçirilib, lakin razılıq əldə edilməyib.
2022-ci ilin payızında Ukrayna Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə danışıqların mümkünsüzlüyü haqqında fərman imzalayıb. Ukraynanın NATO-ya daxil olmaması, bu ölkədə xarici hərbi bazaların olmaması, xarici qoşunların iştirakı ilə hərbi təlimlərin keçirilməməsi Moskvanın əsas şərtləridir”, – deyə S.Lavrov qeyd edib.
Rusiya-ABŞ münasibətlərinə toxunan nazir ölkəsinin Vaşinqtonla əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmədiyini vurğulayıb:
“Rusiya ABŞ ilə müharibə haqqında düşünmür. Belə bir müharibə nüvə xarakterli ola bilər, Bu, Moskvaya lazım deyil. Rusiya və ABŞ rəsmi olaraq müharibə aparmır, Ukraynada baş verənlər isə hibrid müharibədir. Rusiya vəziyyəti gərginləşdirmək istəmir, onun “Oreşnik” sınağı şəklində ABŞ-yə verdiyi siqnalın ciddi qəbul edildiyinə ümid edir.
Xüsusi əməliyyatın məqsədi Ukraynanın və onun neytral statusunun “demilitarizasiyası” və “denasifikasiyası”, habelə insanları Kiyev rejiminin təcavüzündən qorumaqdır”.
S.Lavrov əlavə edib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp güclü və mehriban insandır, amma bu onun rusiyapərəst olması demək deyil.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
