Pleyeri seçin:

Rusiya atəşkəsə niyə qarşıdır? - Moskva bu şərtləri qoyur ki...

12 mart 2025 450 baxış

Rusiya dəfələrlə bildirib ki, o, münaqişənin əsas səbəblərini həll edən sülhün tərəfdarıdır. Lakin atəşkəsin yox. Çünki təcrübə göstərir ki, Ukrayna Ordusu atəşkəsdən fasilə kimi istifadə edəcək. Yəni atəşkəs yalnız Ukrayna Ordusunun silahlarla daha intensiv şəkildə təchiz olunmasına, daha genişmiqyaslı və total səfərbərliyə səbəb olacaq. Buna görə də bu, Rusiya üçün əlverişli deyil və sülhə gətirib çıxarmayacaq.

Bu sözləri “Axar.az”a rusiyalı politoloq Sergey Markov Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddədə keçirilən görüşündə əldə olunan 30 günlük atəşkəs razılığına Rusiyanın necə reaksiya verəcəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya növbəti dəfə aldanmaq istəmir:

“Rusiya Minsk-1 və Minsk-2 formatında aparılmış uğursuz atəşkəsə istinad edərək bildirir ki, həmin danışıqlardan Ukrayna və Qərb daha sərt müharibəyə hazırlaşmaq üçün istifadə edib.

Fransanın keçmiş prezidenti Fransua Olland və Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk-2 sazişi ilə bağlı bəyanatları məlumdur. Onlar bu razılaşmanı imzalayarkən Rusiyanı aldatmağı əvvəlcədən planlaşdırdıqlarını etiraf ediblər. Onların məqsədi Ukrayna tərəfinə qətiyyətli müharibəyə hazırlaşmaq üçün vaxt qazandırmaq olub. Ona görə də ehtimal var ki, yeni atəşkəs də eyni məqsədlə istifadə edilə bilər”.

Politoloq qeyd edib ki, Moskva əsaslı sülh olmasını istəyir, lakin buna əngəl olan səbəblər var:

“Ukrayna rejiminin repressiv və hipermilitarist xarakteri sülhün qarşısında əsas maneələrdən biridir. Buna görə də sülhün şərti repressiv siyasətin aradan qaldırılması, yəni denasifikasiyadır.

Siyasi repressiyalara, rus dilinə və pravoslav kilsəsinə qarşı təzyiqlərə son qoyulmalıdır. Həmçinin demilitarizasiya – Ukrayna Silahlı Qüvvələrinin sayca və yerləşmə baxımından məhdudlaşdırılması həyata keçirilməlidir.

Rusiya demək olar ki, hazırda ABŞ və Ukrayna tərəfindən təklif edilən atəşkəsə qarşıdırmı? Bəli, amma tam olaraq yox. Rusiya atəşkəsə qarşıdır, lakin dünyada bu ideyaya olan böyük entuziazmı da görməzlikdən gələ bilməz. Buna görə də Rusiyanın ən mümkün cavabı “xeyr” deyil, “bəli, amma...” olacaq. Yəni Rusiya bu atəşkəslə razılaşacaq, lakin şərtlərlə”.

S.Markov bildirib ki, Moskva üçün əsas şərtlərdən biri Ukraynaya məhdudiyyətlərin qoyulmasıdır:

“Bu şərtlər arasında ən açıq şəkildə görünəni Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə embarqonun qoyulmasıdır. Bu embarqo ABŞ və bütün Avropa ölkələri tərəfindən təsdiq edilməlidir”.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 450 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 450 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 450 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 450 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 450 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 450 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 450 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 450 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 450 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 450 baxış
Seçilmişlər
icon