Rusiya bu dəfə çox ciddidir | Paşinyanın başı bəlada
Yeniliklərdən dərhal xəbərdar olun
“Kreml Paşinyanın Rusiyaya səfərini gözləyirdi, çünki onların Nikola çoxlu sualı var və Putin şəxsən ondan cavab almalıdır. Rusiya hakimiyyəti bu dəfə çox ciddidir, Paşinyandan növbəti qeyri-müəyyən bəyanat deyil, ölkələr arasında əməkdaşlıq və son dərəcə gərgin münasibətlərlə bağlı suallara aydın və konkret cavablar tələb edəcək”.
Bu barədə “Joxovurd” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
“İrəvan uzun müddət Rusiyanın vasitəçiliyi ilə təşkil olunan görüşlərdən yayınırdı, lakin indi, deyəsən, Paşinyan Moskva ilə münasibətləri pozmağa yönəlmiş addımlarına peşmandır və onları bərpa etmək qərarına gəlib. Bu mənada Paşinyanın Rusiyaya səfərini tarixi saymaq olar”, – məlumatda deyilir.
Qeyd edək ki, Sankt-Peterburqda ötən gün Aİİ sammiti başlayıb. Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
