Rusiya dronlarla Ukraynaya hücum etdi | Zərbələrin nəticələri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 23-ü səhər saatlarında Rusiya Ordusu Ukraynanın paytaxtı Kiyevə dronlarla hücum edib. Paytaxt sakinlərinə PUA təhlükəsi barədə xəbərdarlıq olunub.
Kiyev şəhərinin meri Vitali Kliçko özünün “Telegram” kanalında paylaşım edərək bildirib ki, ilkin məlumatlara görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatı paytaxtın Solomensk rayonunda yerə düşüb.
“Yanğın qeydə alınıb. Təcili xidmətlər hadisə yerinə göndərilib, Hava Hücumundan Müdafiə qüvvələri işləyir. Sığınacaqlarda qalın”, – deyə V.Kliçko bildirib.
Ukrayna mediasının məlumatına görə, gecədən başlayaraq Rusiya qüvvələri Ukraynaya kamikadze dronları ilə genişmiqyaslı hücum təşkil edib. Əsas zərbələr ölkənin şərq və şimal bölgələrinə endirilib. Ukrayna ərazisinə buraxılan 49 müxtəliftipli drondan 36-sı Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub.
Bununla yanaşı, ölkənin Xarkov vilayəti də hücuma məruz qalıb. Hadisə nəticəsində 2 mülki şəxs vəfat edib.
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində isə Dobropolye şəhərində yanğınsöndürmə məntəqəsinə PUA zərbəsi endirib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, avqustun 23-nə keçən gecədən səhərə qədər ölkənin Hava Hücumundan Müdafiə qüvvələri Ukraynaya məxsus 26 PUA-nı məhv edib.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
