Rusiya Ermənistanı yox edəcək? - Paşinyanın gizli əmri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Rusiyanın nüfuzunun aşağı salınmasına dair göstərişlər verib.
Bu barədə Ermənistan mətbuatı yazıb. Məlumata görə, bir aylıq fasilədən sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri N.Paşinyanın rəhbərliyi ilə kollegiya iclası keçirib. İclas zamanı N.Paşinyan və partiya üzvlərinin əsas müzakirə etdiyi məsələ hakimiyyətin qorunub saxlanılması olub.
Nikol Paşinyan iclasda iddia edib ki, rəsmi Moskva onu Ermənistan hakimiyyətinin başçısı postundan uzaqlaşdırmağa çalışır. Bu səbəbdən hakimiyyəti əldə saxlamaq üçün sərt və dəqiq addımlar atılmalıdır.
N.Paşinyan Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb. Məlumatda o da bildirilib ki, Baş nazir qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün resurslardan istifadə etməyi və anti-Rusiya tezislərinin istənilən formatda təbliğini əmr edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
