Rusiya Fransaya niyə nota göndərdi? | Medvedevden Makronla bağlı qalmaqallı paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Fransaya nota göndərib. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Notaya əsasən, ötən gün Parisdə “Le Burje” Hava Limanında saxlanılan “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovla əlaqə saxlamaq tələb edilib.
Rusiya və Fransa arasında yaşanan gərginlik rəhbələrin sosial şəbəkələrdə bir-birilərini təhqir səviyyəsinə qədər gətirib çıxarıb.
Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev zarafatla Fransa Prezidenti Emmanuel Makronu ölkədən qaçmağa çağırıb. Sədr müavini bu barədə özünün “X” hesabında yazıb.
“Makron, Fransadan rədd ol! P.Durovun ordusu artıq sənin arxanca gəlir”, – göz yaşları ilə gülüş emojisi əlavə edərək o, cümləni tamamlayıb.
Qeyd edək ki, “Telegram”ın təsisçisi Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
