Rusiya hansı əraziləri nəzarətə götürdü? - Ordu irəlilədi, yeni hədəf...
“Rusiya Silahlı Qüvvələri ilə Konstantinovka arasında bir kilometrdən bir az çox məsafə qalıb”.
Bunu TASS-a güc strukturlarından açıqlayıblar.
Məlumata görə, Çasov Yarda möhkəmlənəndən sonra əsas diqqət Konstantinovkanın şərqindəki kəndə yönəldilib.
Bundan başqa, Çasov Yarda daha bir yaşayış məntəqəsinin nəzarətə götürüldüyü qeyd olunub və Ukraynanın bu ərazisində artıq Rusiya bayrağı dalğalanır.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Çasov Yarın tamamilə Rusiyanın nəzarətinə keçmə xəbərini təkzib edib.
Donetsk vilayətinin Kramatorsk şəhəri bombalanıb. Nəticədə 3 nəfər ölüb, 10 sakin xəsarət alıb. Rusiya Ordusu beşmərtəbəli yaşayış binasını hədəf alınıb. Dağıntılar altnda axtarışlar davam edir. Ölü və yaralı sayı arta bilər.
Dnepropetrovsk da hava hücumlarına məruz qalıb. 4 nəfər yaralanıb. Təhsil müəssisəsi və fərdi yaşayış evləri zədələnib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV
- Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI
- Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb
- Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib
- Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM
