Pleyeri seçin:

Rusiya ilə bağlı məqsəd | Ermənistanın xarici siyasətində xaos yaşanır?

22 fevral 2024 162 baxış

“2010-2013-cü illərdə dünyada vəziyyət dəyişdi, Ermənistana həm Qərb, həm də Rusiyadan təzyiqlər artdı. İrəvan bir çox məsələlərdə güzəştə getməyə məcbur oldu”.

Bunu erməni analitik Vardan Akopyan deyib.

“2018-ci ildə isə Ukraynada olduğu kimi, Ermənistanın xarici siyasətini dəyişmək üçün rəngli inqilab planlaşdırıldı. Siyasət o qədər dəyişib ki, indi regionda və Ermənistanın xarici əlaqələrində nə baş verdiyini anlamaq çətindir. Yalnız bir məqsəd var: Rusiya və Rusiya hərbi bazalarını çıxarmaq. Bu 6 il ərzində hazırkı hakimiyyət addım-addım ona yaxınlaşır.

Sadəcə olaraq Ermənistan anti-Rusiya xarici siyasəti yürüdürsə, o zaman onun İran və ya Hindistanla inkişaf etdirdiyi münasibətlərin mənasının nə olduğu aydın deyil. Görünür ki, Ermənistan qeyri-ittifaq dövlətinə çevrilir. Formal olaraq alyanslar var: MDB, KTMT, amma praktikada buna qarşı addımlar atılır.

2017-ci ildən İrəvana Qərbin təzyiqləri artıb, 2018-ci ildən isə Ermənistanın beynəlxalq münasibətlərdə artıq əldə etdiyi əlaqələr zəifləməyə başlayıb. Məncə, İrəvan nə etdiyini bilmir, sadəcə olaraq kənardan müəyyən göstərişlərə əməl edir.

Bu, azmış hakimiyyətin xarici siyasətidir, nəticədə Ermənistan bir çox xarici maraqların toqquşma meydanına çevrilib. Bu iqtidarın indiyə qədər xarici siyasət konsepsiyası yoxdur, ağlına gələni söyləyərək anlıq bəyanatlar verir. Xalqımız hamıya lazımsız olub, xalqın mənafeyini güdən liderimiz yoxdur.

Belə davam edərsə, Ermənistan Sovet İttifaqı dövründə olduğundan daha betər, yad hökmdarlıq ərazisinə çevriləcək”, – o bildirib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 162 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 162 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 162 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 162 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 162 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 162 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 162 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 162 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 162 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 162 baxış
Seçilmişlər
icon