Rusiya intiqamını belə alır | Ukraynadakı amerikalılara təcili xəbərdarlıq edildi ki...
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya son həftələrdə Ukraynaya qarşı raket və dron hücumlarının intensivliyini artırıb və əhəmiyyətli hava hücumları riski hələ də qalmaqdadır”.
Bu barədə ABŞ-nin Kiyevdəki səfirliyinin Ukraynadakı vətəndaşlarına ünvanladığı bəyanatda deyilir.
Ukraynadakı amerikalılara hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmaq və sığınacaq axtarmaq tövsiyə edilib. Həmçinin ABŞ-nin Kiyevdəki səfirliyi ölkə vətəndaşlarına hava hücumu ilə bağlı həyəcan siqnalı verilən zaman pəncərələrə yaxın durmamaq, sığınacaq üçün yerləri əvvəlcədən seçmək və yerli medianın yeniliklərini izləməyi məsləhət bilib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ölkənin aerodromlarına edilən hücumlara cavab verəcəyini bəyan edib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?
- Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı
- Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir
- NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI
- “ABŞ bunu etsə, Kiyevin şansı qalmayacaq” | Tramp Ukraynanın sərhədlərini dəyişəcək? - Baku TV
