Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi | Paytaxtda dəhşətli partlayış
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 20-si səhər saatlarında Rusiya Ukraynaya raketlərlə zərbələr endirib.
Raketlərin strateji aviasiya vasitələrindən atıldığı açıqlanıb.
Ukrayna Silahlı Qüvvələrindən bildirilib ki, Rusiyanın MiQ-31K təyyarələrinin uçuşları ilə əlaqədar bütün ölkə ərazisində həyəcan siqnalı verilib. Havada neçə Rusiya təyyarəsinin olduğu açıqlanmayıb.
Yerli vaxtla saat 7 radələrində Rusiya Kiyev istiqamətində raketlər buraxıb. Bunun ardınca paytaxtda partlayışlar baş verib.
Məlumata görə, Rusiya Kiyevə ballistik raketlər, ehtimal ki, “Kinjal”la zərbələr endirib.
Kiyev meri Vitali Kliçko paytaxtda hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib. O, Kiyev sakinlərini sığınacaqlarda qalmağa çağırıb.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
