Rusiya Kiyevə raket yağdırdı | Dəhşətli hücumun detalları
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Ordusu iyulun 31-də Kiyevə 8 “İskəndər-K” raketi atıb. Qanadlı raketlərdən üçü vurulub”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin idarə rəisi Yuri İqnat deyib.
“Bütün raketlərin təhlükəli olduğunu anlamaq lazımdır. Elə raketlər var ki, onların zərərsizləşdirilməsi asan, bəzilərini isə vurmaq çətindir. Kiyevə “İskəndər-K” qanadlı raketləri ilə zərbələr endirilib. Rusiyanın istifadə etdiyi digər populyar raketlər “X-101” və “Kalibr”dir. Bənzər səviyyəli raketlərdir, amma vurulma effektivlikləri fərqlidir. “X-101” və “Kalibr”lər daha çox zərərsizləşdirilir. “İskəndər-K”nı isə məhv etmək asan olmur. Həm də bu qanadlı raket “İskəndər-M” ballistik raketi qədər təhlükəlidir.
“İskəndər-K”lar daha çox Kursk istiqamətindən buraxılır, o vilayət isə Kiyevdən elə də uzaqda yerləşmir. Yəni raketin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsinə çox vaxt qalmır”, ‒ deyə Y.İqnat 5 raketin vurulmamasının səbəblərini izah edib.
Onun sözlərinə görə, son sutkada Rusiyaya aid 290 PUA zərərsizləşdirilib. Rusiyanın reaktiv “Şahed” dronlarından istifadə etdiyi də ehtimal olunur. Reaktiv dronlar qanadlı raket kimidir, çünki saatda 500 kilometr sürət yığa bilirlər.
Qeyd edək ki, iyulun 31-də Rusiyanın Kiyevə hücumları nəticəsində 8 nəfər ölüb, 124 sakin xəsarət alıb.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
