Rusiya Kiyevi növbəti dəfə atəşə tutdu | Şəhərin 7 rayonunda dəhşətli anlar
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 9-dan 10-na keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyevi kütləvi raket və PUA hücumuna məruz qoyub.
Kiyev administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, əsasən dinc sakinlərin yaşadığı ərazilər atəşə tutulub. Şəhərin 7 rayonu zərbələrə məruz qalıb, hadisə nəticəsində çoxmərtəbəli və fərdi yaşayış evlərində yanğınlar baş verib.
Kiyev meri Vitali Kliçko vurğulayıb ki, hücum nəticəsində 4 nəfər xəsarət alıb. Şevçenko rayonunda PUA-nın qalıqlarının düşməsi biznes mərkəzində yanğına səbəb olub.
Ölkənin hava qüvvələrindən əlavə edilib ki, iyunun 9-u saat 20:00-dan 10-u səhər saatlarına qədər Rusiya silahlı qüvvələri 322 PUA ilə hücum edib.
Bununla yanaşı, gecə saatlarında Moskvanın bütün hava limanlarında PUA hücumu təhlükəsi səbəbi ilə "Xalça" rejimi tətbiq edilib. Aeroportlarda eniş və uçuşa icazə verilməyib. Məhdudiyyətlərin təhlükəsizliyi təmin etmək üçün tətbiq edildiyi bildirilir. Səhər saatlarında isə məhdudiyyətlər aradan qaldırılıb.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukrayna silahlı qüvvələrinə məxsus 102 PUA-nı məhv edib.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
