Rusiya NATO və Aİ ölkələrinə cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Prezident Vladimir Putinin də vurğuladığı kimi, Rusiya Avropa ilə müharibə aparmaq istəmir, bu fikir heç ağlımızdan belə keçməyib. Amma biz Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi və Rusiya aktivlərinin müsadirə edilməsi də daxil olmaqla istənilən düşmən addımına cavab verəcəyik. Biz artıq bu cavaba hazırıq”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O əlavə edib ki, Böyük Britaniya, Avropa Komissiyasının rəhbərliyi, NATO və Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti reallığı qəbul etmək əvəzinə Ukrayna məsələsində açıq-aşkar dağıdıcı mövqe tuturlar.
Sergey Lavrov vurğulayıb ki, Avropa ukraynalılar da daxil olmaqla, nəyin bahasına olursa olsun, bütün siyasi kapitallarını Rusiya ilə müharibəyə yatırıblar.
Bundan əvvəl, Londonda məsləhətləşmələrdən sonra birgə bəyanatda Böyük Britaniya, İspaniya, İtaliya, Polşa, Fransa, Almaniya və Aİ-nin xarici işlər nazirləri Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinə sadiq olduqlarını bildiriblər.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
