Pleyeri seçin:

”Rusiya neftinin Çinə yönəlməsinin qarşısını almaq üçün...” | Kris Raytdan açıqlama

20 aprel 2026 363 baxış

ABŞ-də Rusiya nefti ilə bağlı əməliyyatlara verilən lisenziyanın müddətinin uzadılması rəsmi Vaşinqton tərəfindən praqmatik qərar kimi qiymətləndirilib.

ABŞ-nin energetika naziri Kris Rayt “Fox News” telekanalına müsahibəsində bildirib ki, bu addım qısamüddətli və humanitar yanaşmaya əsaslanır.

Onun sözlərinə görə, Rusiya neftinin tam şəkildə Çinə yönəlməsinin qarşısını almaq və bir hissəsinin Hindistan və digər Asiya ölkələrinə çatdırılması məqsədilə belə qərar qəbul edilib. Nazir qeyd edib ki, Rusiya nefti artıq bazarda satılır və əsasən Çin istiqamətinə yönəlir.

“Bu, praqmatik addımdır. Qısa müddət üçün humanitar qərar qəbul etdik ki, neftin bir hissəsi Hindistan və digər ölkələrə yönəlsin və orada emal olunsun”, – deyə o vurğulayıb.

Kris Rayt əlavə edib ki, Rusiya nefti ilə bağlı əməliyyatlara verilən lisenziya müvəqqəti xarakter daşıyacaq.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi martın 12-də müəyyən şərtlərlə Rusiya nefti və neft məhsullarının satışı ilə bağlı əməliyyatlara icazə verib. Martın 19-da lisenziya yenilənərək bəzi regionlar, eləcə də Şimali Koreya və Kuba ilə bağlı məhdudiyyətlər əlavə edilib. Əvvəlki icazənin müddəti aprelin 11-də başa çatıb. Son olaraq, ABŞ Maliyyə Nazirliyi yeni lisenziya yayımlayaraq aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması əməliyyatlarının mayın 16-dək davam etdirilməsinə icazə verib.

Tarixi abidə 3 gün ziyarətçilərə bağlanmışdı

Tarixi abidə 3 gün ziyarətçilərə bağlanmışdı

Dünya
27 sentyabr 2026 363 baxış
Hər gün problemlə üzləşdiyi piyada yolunda dəyişikliklər edildi

Hər gün problemlə üzləşdiyi piyada yolunda dəyişikliklər edildi

Dünya
27 sentyabr 2026 363 baxış
Roma Papası XIV Leo Parisdə insanları başına topladı

Roma Papası XIV Leo Parisdə insanları başına topladı

Dünya
27 sentyabr 2026 363 baxış
Tədbirə 10 mindən çox insan qatılıb

Tədbirə 10 mindən çox insan qatılıb

Dünya
27 sentyabr 2026 363 baxış
Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb

Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb

Dünya
27 sentyabr 2026 363 baxış
Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur

Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur

Dünya
27 sentyabr 2026 363 baxış
"Nuxba" və HƏMAS ciddi itkilər verib

"Nuxba" və HƏMAS ciddi itkilər verib

Dünya
27 sentyabr 2026 363 baxış
Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?

Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?

Dünya
27 sentyabr 2026 363 baxış
ABŞ-nin şərq sahilləri güclü fırtına ilə üz-üzədir

ABŞ-nin şərq sahilləri güclü fırtına ilə üz-üzədir

Dünya
27 sentyabr 2026 363 baxış
Tramp onları Ağ Evə buraxmamağa çağırış edib

Tramp onları Ağ Evə buraxmamağa çağırış edib

Dünya
27 sentyabr 2026 363 baxış
Seçilmişlər
icon