Rusiya niyə Şri-Lankadan əmək miqrantları cəlb etməli oldu?
Rusiyada işçi qüvvəsi çatışmazlığı federasiyanın məmur və iş adamlarını Şri-Lankadan əmək miqrantları cəlb etməyə vadar edib.
Rusiyanın Şri-Lankadakı səfiri Levan Caqaryan Cənubi Asiya ölkəsindən işçilərin gəlişi barədə məlumat verib. O, Şri-Lankadan olan əmək mühacirlərinin ilk qruplarının artıq işə başladığını, lakin təşkilati çətinliklərlə üzləşdiyini deyib.
Diplomatın sözlərinə görə, Pskov bölgəsindəki miqrant işçilərə ödənişlər gecikməyə başlayıb. Caqaryan xəbərdarlıq edib ki, bu cür hallar, eləcə də işçilərin qeydiyyatı və dəstəyi ilə bağlı digər problemlər yaxın gələcəkdə Şri-Lankadan olan işçi qüvvəsinin axınını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Daha əvvəl Şri-Lankanın Moskvadakı səfiri Şobini Qunasekera həm ixtisaslı, həm də ixtisassız işçiləri Rusiyaya göndərməyə hazır olduğunu bildirib.
Diplomat izah edib ki, Şri-Lanka əmək ixrac edən ölkədir və bir çox idxalçı ölkələr dayanıqlıq, uyğunlaşma, inteqrasiya və yüksək iş qabiliyyətinə görə şri-lankalı mütəxəssisləri cəlb etmək istəyirlər.
Biznes statistikası da kadr çatışmazlığından xəbər verir. 300-dən çox Rusiya şirkəti arasında aparılan sorğuya görə, 37 %-i artıq xarici işçiləri işə götürür, daha 43 %-i isə onları boş iş yerləri üçün nəzərdən keçirməyə hazırdır. Lakin Ukraynadakı tammiqyaslı müharibədən əvvəl şirkətlərin yalnız 5 %-i əcnəbiləri işə götürdüyünü, 23 %-i isə onları cəlb etməyə hazır olduğunu bildirib.
#Rusiya teqi istifadə olunub
- Azərbaycandan keçməklə Ermənistana növbəti yük partiyası yola salınacaq - Baku TV
- "Bu ölkələr ehtiyatlı olmalıdırlar" | İran müharibəsi daha da uzanacaq? - BİZDƏN NƏ DANIŞIRLAR?
- Müharibə ABŞ və Rusiya hansı iqtisadi üstünlükləri qazandırır? - AKTUAL GÜNDƏM
- Biləcəridən Ermənistana yola salınan qatarla nələr göndərilir? - Baku TV
- Rusiya ilə münasibətlər Çinlə əlaqələri sual altına alır? | “Politico”dan şərh
