Rusiya o qədər silah əldə edir ki... | NATO buna tab gətirə bilməyəcək!
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun baş katibi Mark Rütte CBS telekanalına müsahibəsində bildirib ki, alyans ölkələrinin bir ildə istehsal etdiyi sursatı Rusiya üç ayda əldə edir. .
M.Rüttenin fikrincə, müdafiə xərclərinə ümumi daxili məhsulun 2%-lik həddi ilə alyans yaxın 3-5 il ərzində özünü müdafiə edə bilməyəcək.
“NATO-nun ümumi iqtisadi gücü Rusiyadan 20 dəfə böyükdür, lakin Rusiya bir ildə NATO-dan dörd dəfə çox sursat istehsal edir. Bu, tamamilə ağlasığmaz bir durumdur”, – deyə M.Rütte vurğulayıb.
Bundan əvvəl NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, Rusiya öz silahlı qüvvələrinin sayını artırır və texnikasını Qərb analitiklərinin proqnozlaşdırdığından daha tez yeniləyir.
Bundan əvvəl Britaniya bəyan etmişdi ki, Rusiya ildə bütün NATO ölkələrinin birlikdə istehsal etdiyi silahlardan daha çox silah istehsal edir.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
