Rusiya Ordusu Baxmutdan geri çəkilir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində ələ keçirdikləri bəzi mövqeləri tərk edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski məlumat verib. O bildirib ki, son bir neçə gündə Rusiya qüvvələrinin Liman istiqamətində çoxsaylı hücumları dəf edilib.
“Rusiya Ordusu ciddi itki verib, qarşı tərəfin 10 əsgərini əsir götürmüşük” deyən A.Sırski qeyd edib ki, düşmən bütün cəhdlərə baxmayaraq, Baxmutu ələ keçirə bilmir.
Ukrayna Silahlı Qüvvələrinin Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatı isə bildirib ki, Baxmut istiqamətinə qarşı tərəfin 65 tankı, 450 zirehli maşını, 154 artilleriya sistemi cəlb olunub.
Şəhər uğrunda ağır döyüşlərin davam etdiyini deyən S.Çerevatının sözlərinə görə, Rusiya Ordusu Baxmutda hər gün azı 100 hərbçisini itirir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
