Rusiya Ordusu irəliləyir | Ukrayna nə qədər ərazini itirdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Odessa dron hücumuna məruz qalıb.
Rusiya Ordusunun endirdiyi zərbələr nəticəsində ər-arvad ölüb, 15 nəfər isə yaralanıb. 16 mərtəbəli yaşayış binası, fərdi evlər, təhsil müəssisəsi zədələnib.
Aprel ayı ərzində Ukraynanın 175 kvadratkilometr ərazisi Rusiyanın nəzarətinə keçib. “DeepState”in məlumatına görə, irəliləmələr əsasən Suxaya Balka və Kalinova istiqamətindədir.
Rusiyalı hərbi ekspert Andrey Maroçko isə TASS-a açıqlamasında son sutka ərzində Rusiya Ordusunun Çasov Yar istiqamətində irəlilədiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın PUA hücumu ilə bağlı məlumat yayıb. Bildirilib ki, mayın 1-i gecə saatlarında Ukraynaya məxsus 8 PUA məhv edilib. Dron hücumları Kursk, Voronej, Vladimir və Belqorod vilayətlərində qeydə alınıb.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
