Pleyeri seçin:

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini hədəfə aldı - Baku TV

07 iyun 2026 181 baxış

Ukraynanın “Enerqoatom” şirkəti Rusiyanı nüvə yanacağı anbarına pilotsuz uçuş aparatı ilə hücum etməkdə ittiham edib.

Qurumun yaydığı məlumata görə, zərbələr nəticəsində konteynerlərin qəbul edildiyi bina qismən dağılıb. Həmin obyektdə istifadə olunan nüvə yanacağı saxlanılmadığından radiasiya təhlükəsi yaranmayıb.

“Enerqoatom”un açıqlamasına əsasən, müəssisənin ərazisində radiasiya fonu normativ həddə qalır və hadisə zamanı xəsarət alan olmayıb.

Rusiya Ordusu həmçinin Ukraynanın Xerson və Donetsk vilayətlərinə hücum edib. Nəticədə, 2 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Bu barədə Xerson və Donetsk vilayət hərbi administrasiyaları informasiya yayıb.

Qeyd olunub ki, Donetsk vilayətinin Kramatorsk və Drujkovka şəhərlərində bir nəfər olmaqla ümumilikdə iki sakin həlak olub. Bundan əlavə, Drujkovkada 3, Kramatorskda 2, Xerson vilayətində isə 14 nəfər xəsarət alıb.

Bildirilib ki, zərbələr zamanı kritik və sosial infrastruktur obyektləri, eləcə də yaşayış məntəqələri hədəfə alınıb. Nəticədə, 8 çoxmərtəbəli bina və 15 fərdi yaşayış evi zədələnib.

ABŞ və İsraildən Xamenei əməliyyatı | Əməliyyatın məqsədi nədir? - Baku TV

ABŞ və İsraildən Xamenei əməliyyatı | Əməliyyatın məqsədi nədir? - Baku TV

Dünya
28 iyul 2026 181 baxış
Husilər “Saudi Aramco”nun obyektlərini hədəfə aldı

Husilər “Saudi Aramco”nun obyektlərini hədəfə aldı

Dünya
28 iyul 2026 181 baxış
İran gəmisi məsələsi Moskva ilə Kiyev arasında qarşılıqlı ittihamları dərinləşdirdi - Baku TV CANLI

İran gəmisi məsələsi Moskva ilə Kiyev arasında qarşılıqlı ittihamları dərinləşdirdi - Baku TV CANLI

Dünya
28 iyul 2026 181 baxış
ABŞ Senatından Rusiya və İrana sərt sanksiya paketi

ABŞ Senatından Rusiya və İrana sərt sanksiya paketi

Dünya
28 iyul 2026 181 baxış
"Zita və Gita"dan deputatlığa: Rejissorun "yox" dediyi Hema Malini necə əfsanəyə çevrildi?

"Zita və Gita"dan deputatlığa: Rejissorun "yox" dediyi Hema Malini necə əfsanəyə çevrildi?

Dünya
28 iyul 2026 181 baxış
Netanyahu Trampla görüşdə hansı təklifləri irəli sürəcək? - ANA XƏBƏR

Netanyahu Trampla görüşdə hansı təklifləri irəli sürəcək? - ANA XƏBƏR

Dünya
28 iyul 2026 181 baxış
Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər

Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər

Dünya
28 iyul 2026 181 baxış
Fransada son bir ayda üç muzey qarət edilib

Fransada son bir ayda üç muzey qarət edilib

Dünya
28 iyul 2026 181 baxış
BMT-nin Baş katibinin adaya səfəri nə ilə yadda qalacaq? - Baku TV CANLI

BMT-nin Baş katibinin adaya səfəri nə ilə yadda qalacaq? - Baku TV CANLI

Dünya
28 iyul 2026 181 baxış
Kalininqrad yaxınlığındakı uçuş NATO-Rusiya gərginliyinin yeni siqnalıdır? - Baku TV CANLI

Kalininqrad yaxınlığındakı uçuş NATO-Rusiya gərginliyinin yeni siqnalıdır? - Baku TV CANLI

Dünya
28 iyul 2026 181 baxış
Seçilmişlər
icon