Rusiya Ordusuna gözlənilməz zərbə | Zelenskinin planı nələrə səbəb oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Rusiya ərazisində yerləşən dörd hərbi aerodroma pilotsuz uçuş aparatları ilə hücumundan əvvəl Rusiyanın 54 ədəd Tu-22M3 və 58 ədəd Tu-95M təyyarəsi var idi.
Bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
"Bu təyyarələrin nə qədərinin işlək vəziyyətdə olduğu məlum deyil. Rusiyada köhnə təyyarələr uzun müddət saxlanılır, onlar sökülərək ehtiyat hissələrindən istifadə edilir", – nəşr qeyd edib.
WSJ hesab edir ki, Rusiya üçün həyati əhəmiyyət daşıyan və Ukraynaya hücumlar üçün istifadə edilən onlarla uzaq məsafəli təyyarənin itirilməsi bu ölkənin hərbi gücünə ciddi zərər vuracaq. Məsələ ondadır ki, zədələnmiş təyyarələr arasında olan Tu-95MS və ya Tu-22M3 təyyarələri daha istehsal edilmir.
Nəşr yazır ki, zərərin miqyasını qiymətləndirmək üçün vaxt lazım olacaq, lakin istənilən halda bu, Rusiyanın uzaq məsafəli aviasiya imkanlarına əhəmiyyətli zərbədir.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
