Rusiya Qara dənizdəki limanlara iddialıdır? | "Kiyevlə heç bir əlaqəsi yoxdur..."
“Odessa sakinlərinin əksəriyyətinin Kiyevlə heç bir əlaqəsi yoxdur”.
Bunu TASS-a müsahibəsində Rusiya Prezidentinin köməkçisi və Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev deyib.
Jurnalistin “Rusiya Ukraynanın limanlarına iddialıdırmı?” sualına cavabda N.Patruşev bildirib:
“Biz xalqların gələcəkləri ilə bağlı seçiminə hörmətlə yanaşırıq, bunu Krım məsələsindən də görmək olar”.
Nikolay Patruşev müsahibəsində tarixi xatırlatmalar da verib. Bildirib ki, Odessanın əsası Çar Rusiyası dövründə II Yekaterinanın göstərişi ilə qoyulub. 200 ilə yaxın imperiyanın Qara dənizdəki forpostu olub.
“1 may 1945-ci ildə qəhrəman şəhər adı alan Odessa 69 il sonra, 2014-cü il mayın 2-də milli zəmində cinayət və qətllər meydanına çevrildi”, – deyə N.Patruşev qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
