Pleyeri seçin:
Rusiya qırıcısı ABŞ PUA-sı ilə toqquşdu
Rusiyanın “Su-27” təyyarəsi ABŞ-nin “MQ-9” pilotsuz təyyarəsi ilə toqquşub.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığından bildirilib. İnsident Qara dəniz üzərində baş verib.
Bildirilib ki, uçuş zamanı Rusiya qırıcısı ABŞ PUA-sına toxunub. Toqquşmadan sonra pilotsuz təyyarənin beynəlxalq sulara düşdüyü qeyd olunub.
Digər bir məlumata görə isə Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. Su-27-lərdən biri “MQ-9” dronuna çırpılıb. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə yersiz manevr ediblər. Hadisənin digər təfərrüatları açıqlanmayıb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Duqindən Putinlə bağlı sensasiyalı açıqlama
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- London Moskvadan gələn təhlükə səbəbindən son 35 ilin ən təhlükəli dövrünü yaşayır - Baku TV CANLI
- ABŞ Rusiyaya qarşı hansı planı işə saldı? - Baku TV CANLI
- Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI
