Rusiya silahı Fransaya çevirir? - Moskva qərarı açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransanın Ukraynaya qoşun göndərməsi onu münaqişə tərəfinə çevirəcək”.
Bunu müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artyom Studennikov deyib.
Bildirib ki, bu, döyüş meydanında iki nüvə dövləti arasında toqquşma riskini bir neçə dəfə artıracaq.
Onun sözlərinə görə, Fransa Ordusu Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək. Əlavə edib ki, Moskvanın buna cavabı təkcə siyasi xarakterli olmayacaq və bununla bağlı Fransa hakimiyyətinə bir neçə dəfə xəbərdarlıq göndərilib.
“Prezident Emmanuel Makronun rəhbər tutduğu kəskin ritorikanı bu ölkənin NATO-dakı tərəfdaşı da dəstəkləyir. Nəzərə alınmalıdır ki, Alyans əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatları Fransa xalqının böyük əksəriyyətində ikrah hissi doğurur”, – deyə Artyom Studennikov bildirib.
Qeyd edək ki, Emmanuel Makron mayın 2-də “The Economist”ə müsahibəsində bildirib ki, lazım olduğu halda Qərb qoşunlarını Ukraynaya göndərəcək.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
