Pleyeri seçin:
Rusiya-Ukrayna cəbhəsində ağır gecə | Müharibədə son vəziyyət
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə sərhədyanı Şebekino şəhərinin atəşə tutulması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov “Telegram”da bildirib.
Onun sözlərinə görə, mülki şəxs mərminin birbaşa mənzilə düşməsi səbəbindən həlak olub.
Region rəhbəri bölgənin atəşə tutulması nəticəsində 6 fərdi ev və 11 çoxmənzilli evlər daxil olmaqla 9 avtomobilə, habelə elektrik xətlərinə ziyan dəydiyini açıqlayıb.
Bu arada, Kiyev də gecənin hədəfləri sırasında olub. Paytaxt bir neçə növ silahdan istifadə olunmaqla çoxsaylı hücumlara məruz qalıb. İlkin məlumata görə, hadisə nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Kopyalandı
#Belqorod vilayəti teqi istifadə olunub
- Belqoroda kütləvi dron hücumu | Yaralıların arasında uşaqlar da var - Baku TV
- Rusiyaya şiddətli zərbə | Ölən və yaralananlar var
- Rusiyanın cavabı Kiyevə hücum oldu | Zərər çəkənlərdən azərbaycanlılar da var
- Belqorod atəşə tutuldu | Ölən və yaralananlar var
- Ukrayna Rusiyanı PUA-larla atəşə tutdu | Rusiyadan gözlənilməz cavab zərbəsi
