Rusiya-Ukrayna müharibəsini Türkiyə bitirəcək? - Sülhə qarşı çıxanlar isə...
Yeniliklərdən dərhal xəbərdar olun
“2022-ci ildə İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda müəyyən lobbilər uğurlu nəticənin əldə edilməsinə mane oldular”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasına qatılmaq üçün səfər etdiyi Nyu-Yorkda, Türk Evində ABŞ-də fəaliyyət göstərən bəzi analitik mərkəzlərin nümayəndələri ilə görüşü zamanı deyib.
“Biz müharibə başlayandan bəri ədalətli sülhün bərqərar olması üçün səylər göstərmişik və bu səyləri davam etdiririk. İstanbulda aparılan danışıqlar Türkiyənin nümayiş etdirdiyi fəal rolun uğurunu sübut edib. Lakin müəyyən lobbilər bu səylərə nail olunmasını istəmədilər. Ancaq biz istənilən halda müharibənin daha çox dağıntılara səbəb olmadan bitirilməsi üçün əlimizdən gələni edirik və edəcəyik”, – deyə R.T.Ərdoğan bildirib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
