Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukrayna münaqişəsi üzrə danışıqların keçirilməsi üçün zərurət yaranacağı halda Səudiyyə Ərəbistanına və ya digər regional tərəfdaşlara müraciət edə bilər.
“İzvestiya” qəzeti xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Georgi Borisenko bildirib.
Diplomat qeyd edib ki, Rusiya tərəfi vasitəçilik xidmətləri ilə bağlı tərəfdaşların mütəmadi təkliflərinə görə minnətdardır.
Onun sözlərinə görə, belə ehtiyac yaranarsa, Moskva danışıqlar üçün platformanın təşkili məqsədilə mütləq tərəfdaşlara müraciət edəcək.
“Əlbəttə, istənilən variant mümkündür”, – deyə Borisenko vurğulayıb.
Məlumata görə, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin hazırda İran ətrafındakı vəziyyətə fokuslandığını və bunun Ukrayna üzrə dialoqda fasiləyə səbəb olduğunu bildirib. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində işini davam etdirdiyini qeyd edib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
