Pleyeri seçin:
Rusiya Ukraynada məktəbi vurdu: ölənlər və yaralılar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 23-ü səhər saatlarında Rusiya Ordusu “Şahed” PUA-ları ilə Ukraynanın Sumı vilayətinə hücum edib.
PUA-lardan biri vilayətin Romnı şəhərindəki məktəb binasına düşərək onu yerləyeksan etdi. Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko teleqramda məlumat yayıb.
"Hadisə nəticəsində 2 təhsil işçisi həyatını itirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onların cəsədlərini dağıntılar altından çıxarıb. Rusiya Ordusunun hücumu nəticəsində həmçinin 4 nəfər yaralanıb", – deyə nazir bildirib.
Dağıntılar altında hələ də qalanların olduğu deyilir. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Kopyalandı
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
